Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında iştirak etmək üçün lisenziya xarakterli turnirlərə buraxılması ilə bağlı tövsiyyələri idman ictimaiyyəti arasında geniş müzakirələrə yol açıb. Sport24.az xəbər verir ki , xüsusən də Ukrayna höküməti BOK-un İcraiyyə Komitəsininin iclasında yaşananlarla bağlı narahatlığı ayrıca qeyd olunmalıdı.

Artıq Ukrayna höküməti idmançılarının Rusiyadan olan atletlərlə bir yerdə mübarizə aparmayacağı ilə bağlı qərar qəbul edib. Bu o deməkdir ki, ukraynalıların Paris Olimpiadasını boykot etmək ehtimalı yüksəkdir. Vəziyyətin nəzarətdən çıxması BOK-u qəzəbləndirib. Artıq qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Belə qərarlar Ukranya idman cəmiyyətinə ancaq ziyan vura bilər. BOK-un mövqeyi dəyişməz olaraq qalır: hakimiyyət öz idmançılarının yerinə qərar qəbul etməməlidir”.