Rusiya Xizək İdmanı Federasiyasının prezidenti Yelena Vyalbe martın 28-də BOK-un iclasında ölkəsinin xeyrinə qərar çıxarılacağına inanmır. Sport24.az xəbər verir ki, keçən illərin əfsanəvi xizəkçisi Paris Olimpiadasına neytral statusda belə yollanmağı uğursuzluq sayır: “BOK-un İcraiyyə Komitəsinin iclasına heç bir ümid bəsləmirəm. Ola bilər ki, bizi bir şərtlə Olimpiadaya buraxsınlar. Yən, xüsusi sənəd hazırlasınlar və idmançılarımıza desinlər ki, Ukraynadakı münaqişəni dəstəkləmədiyini bildirmək üçün həmin kağıza imza at. Belə edəcəklərsə, heç bizi Olimpiadaya dəvət etməsinlıər. Fikrimcə, bayraqsız və himnsiz Paris Olimpiadasına qatılmamalıyıq. Məncə, deklarasiyasız bizi ora buraxmayacaqlar da. İnanmıram ki, Tomas Bax durub desin ki, “Rusiyalılara Parisə yollanmağa icazə veririk, qoy gedib orada qaçsınlar, tullansınlar, oynasınlar”.