Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat Turnirindəki ilk rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, yarışda yunan-Roma və qadın güləşçilərimiz mübarizə aparacaq.

 

Yığmamız yarışda 4 yunan-Roma, 5 qadın güləşçi ilə qüvvəsini sınayacaq. Avropa çempionu Rafiq Hüseynov (87 kq) ilk görüşdə yunan İlyas Paqkalidislə üz-üzə gələcək.

 

Mariya Stadnik (50 kq) ilk mərhələdən azaddır. O, 1/8 finalda Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya) cütünün qalibi ilə yarışacaq.

 

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri mayın 9-12-də İstanbulda keçiriləcək.

 

Yunan-Roma güləşi
60 kq
Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq
Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq
Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq
Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi
50 kq
1/8 final

Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq
Təsnifat mərhələsi

Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq
Təsnifat mərhələsi

Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq
Təsnifat mərhələsi

Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq
Təsnifat mərhələsi

Elis Manolova – Nikol Parrado (Kolumbiya)