Ümumdünya Güləş Federasiyası (UWW) verdiyi qərarla dünya gündəminə düşüb. Sport24.az xəbər verir ki, beynəlxalq federasiya finalda üz-üzə gələn hər iki idmançıya qızıl medal verib. 

Belə ki, bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində keçirilən finalda türkiyəli Ali Cengiz macarıstanlı David Loşontsiya 8:7 hesabı ilə qalib gəlib. 

Lakin hakim idarəçiliyindən narazı qalan Macarıstan Güləş Federasiyası nəticə ilə bağlı ali quruma şikayə edib. Beynəlxalq federasiya şikayəti qəbul edərək görüşlə bağlı qərarı müzakirəyə çıxarıb və videoyazı yenidən izlənilib. UWW rəsmiləri belə qərara gəlib ki, hakim ciddi səhvə yol verib.

Nəticədə onlar macarıstanlı idmançını da dünya çempionu elan edib. 

Bu qərar isə dünya güləş tarixinə düşüb. İndiyə qədər heç bir görüşdə bu cür qərar qəbul edilməyib.