Bu gün beş sərbəst güləşçimiz Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

 

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

 

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.