Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışında ilk medalçılar bəlli olacaq.

57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəkidə medallar uğrunda qarşılaşmalar baş tutacaq. Azərbaycan millisinin 2 pəhləvanı final, biri təsəlliverici mərhələdə mübarizə aparacaq.

Sərbəst güləş
70 kq

Kənan Heybətov çempionluq üçün İnalbek Şeriyevlə (AİN) güləşüb. 2:6 hesabı ilə uduzan güləşçimiz gümüş medal qazanıb.

79 kq
Ali Tsokayev də finalda qüvvəsini sınayacaq. O, Georgios Kouqioumtsidislə (Yunanıstan) qarşılaşacaq.

97 kq
Rəvan Musayev təsəlliverici görüşdə Georgian Tripona (Rumıniya) qalib gəlib. O, bürünc uğrunda qarşılaşmada Rıfat Gıdakla (Türkiyə) görüşəcək.

Qeyd edək ki, sərbəst güləşin digər 5 çəkisində yarışa bu gün start veriləcək.