Güləş üzrə Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan ölkələrin siyahısında dəyişikliklər olub. Sport24.az xəbər verir ki, Azərbaycan siyahıda 2 pillə irəliləyib.
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan yarışda güləşçilərimiz 5 çempionluq yaşayıb. Bununla da müstəqillik illərində əldə olunan qızıl mükafatların sayı 68-ə çatıb.
Azərbaycan bu göstəricidə Macarıstan və bunadək şərik olduğu Ukraynanı arxada qoyub. Ölkəmiz Avropa sıralamasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, cədvələ Rumıniyaya yığma kimi buraxılmayan və bu üzdən göstəricisini dəyişə bilməyən Rusiya başçılıq edir. İkinci sırada tarixin yaddaşına köçən SSRİ qərarlaşıb. İlk "üçlüy"ü Bolqarıstan qapayır. Bu üç ölkədən başqa yalnız Türkiyə çempionluq sayında 100-ü keçib.
1. Rusiya - 242
2. SSRİ – 230
3. Bolqarıstan – 145
4. Türkiyə - 119
5. İsveç – 85
6. Almaniya – 75
7. Azərbaycan – 68
8. Macarıstan – 67
9. Ukrayna - 64