Azərbaycanın daha 5 güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb. Sport24.az, bu gün mübarizəyə qoşulan 7 pəhləvanımızda 5-i fəxri kürsüyə yüksəlib.

Belə li, Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər.

Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) medalsız qalıblar.

Qeyd edək ki, güləşçilərimiz mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) dünya çempionu olublar.