Bu gün Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri start götürəcək. Sport24.az xəbər verir ki, yarışda ölkəmizi 20 yaşadək sərbəst və qadın güləşçilər təmsil edəcək.

 

Böyük məşqçi Arif Abdullayev rəhbərliyi altında 10 güləşçi qələbə uğrunda yarışacaq. Komandanın heyətində Elman Ağayev (57 kq), Ruslan Abdullayev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq), Yusif Dursunov (125 kq) yer alıblar.

 

Rövşən Umudovun başçılıq etdiyi qadın yığmasında Aysel Məmmədzadə, Elvina Kərimzadə (hər ikisi 50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Gülər Həbibova (57 kq), Ruzanna Məmmədova (62 kq), Fatimə İsayeva (68 kq) yarışacaqlar.

 

"Çempionlar" turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyacaq.

 

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.