Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Sport24.az xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər xalça üzərinə çıxacaqlar.

Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulacaq.

Qadın güləşi

50 kq
Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayacaq. İkiqat dünya, 11 qat Avropa çempionunun rəqibi əvvəlki mərhələlərdə dəqiqləşəcək.

53 kq
Elnurə Məmmədova təsnifat mərhələsində xalçaya çıxıb. O, Veronika Ryabovolovaya (Şimali Makedoniya) 0:4 hesablı məğlubiyyətlə Paris-2024-ə vəsiqə şansı ilə vidalaşıb.

57 kq
Jalə Əliyeva mübarizəyə 1/4 finaldan start verəcək. Onun ilk rəqibi öncəki mərhələlərdə bəlli olacaq.

62 kq
Birgül Soltanova təsnifat mərhələsində Amelin Duarre (Fransa) ilə güləşib. Görüşdə 4:6 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb.

68 kq
Elis Manolova da təsnifat mərhələsindən yarışa başlayıb. Avropa çempionumuz Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlib. O, 2:4 hesabı ilə məğlub olaraq lisenziya şansını itirib.

Qeyd edək ki, yarışın ilk günündə yunan-Roma güləşçilərimiz lisenziya qazana bilməyib. Aprelin 7-də başa çatacaq turnirin son günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.