Akrobatika üzrə Azərbaycan yığmasının Bakıda keçiriləcək Dünya kuboku üçün heyəti müəyyənləşib. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlükləri, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişi qrupu, və Nezrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovanın təmsil olunduğu qadın qrupu çıxış edəcək.

 

Qeyd edək ki, iyunun 13-15-də keçiriləcək Dünya kubokunda yeddi ölkədən 63 idmançı çıxış edəcək. Bakıya Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan komandalar gələcək.