Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarış davam edir. Sport24.az xəbər verir ki, final mərhələsinin iştirakçıları bəlli olub.

 

Azərbaycan millisinin 7 gimnastı medallar uğrunda mübarizə aparacaq. Tofiq Əliyev və Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev, Ömər Qasımlı batut gimnastikasında finala yüksəlib.

 

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.