Nikita Naqornı Rusiya İdman Gimnastika Federasiyasının da Şahmat Federasiyası kimi Asiyaya keçə biləcəyi ilə bağlı məsələlərə münasibətini bildirib. Sport24.az xəbəır verir ki, Tokio Olimpiadasının qalibi, 3 qat dünya və 6 qat Avropa çempionu belə bir variantın olduğunu deyib: “Bəli, belə bir qərar gözləyirik. İdmanmçıların formada qalması üçün bu çox yaxşı addımdı. Rusiya ilə yanaşı və Çin və Yaponiya da idman gimnastikasının lideridir. Həmişə beynəlxalq yarışlarda onlarla mübarizə aparmışıq. Ümid edirəm ki, bu proses yenə də davam edəcək”.

Xatırladaq ki, Asiya Şahmat Federasiyası fevralın 28-də Rusiya Şahmat Federasiyasının onların tərkibinə qatılması ilə bağlı sorğusunu müsbət cavablandırıb.