Azərbaycanın idman gimnastı Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda gümüş medal qazanıb.

Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində Nikita Simonov halqalarda uğurla çıxış edərək, 2-ci olub.

Qadınların yarışında Nazənin Teymurova dayaqlı tullanma və gimnastika tirində finalda yarışacaq.

Qeyd edək ki, Dünya kubokuna sabah yekun vurulacaq.