Azərbaycanın iki batut gimnastı Krasnodar şəhərində keçirilmiş Rusiya çempionatında qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, turnirdə ölkəni təmsil edən Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstəriblər.   

Digər gimnastlardan Selcan Mahsudova turniri 4-cü, Hüseyn Abbasov isə 8-ci yerdə başa vurub.

Qeyd edək ki, yarışda Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançı iştirak edib.