İyunun 4-də Estoniyanın paytaxtı Tallinndə bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan yığması yarışda tam heyətlə təmsil olunacaq.

 

Fərdi yarışda Kamilla Seyidzadə, Gövhər İbrahimova və Zöhrə Cəfərova mübarizə aparacaq.

 

Qrup komandasına Ləman Əlimuradova, Dərya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova daxildir.

 

Gənclərdən ibarət qrupda isə Nəzrin Abdullayeva, Röya Alikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı güclərini sınayacaqlar.

 

Qeyd edək ki, iyunun 8-də başa çatacaq Avropa çempionatında 39 ölkənin gimnastları iştirak edəcək.