25-26 mart tarixlərində Fransanın Tiye şəhərində bədii gimnastika üzrə ənənəvi Qran Pri yarışları keçirilib. Sport24.az xəbər verir ki, ölkəmizi bu turnirdə Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandamız təmsil edib.

Turnirin ilk günü qrup komandamız çoxnövçülük yarışlarında  çıxış edərək,  yalnız son dünya çempionu (5 lent ilə) İtaliya komandasına cüzi xalla uduzaraq ikinci yerə layiq görülübər. Lakin, qızlarımız bununla kifayətlənməyiblər. Onlar turnirin son günü uğurla çıxışla yadda qalaraq, hər iki finalda qızıl medal əldə ediblər.