Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda final çıxışları başlayıb. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib.

İlk yeri 27.150 xal toplayan İsrail təmsilçisi Linoy Aşram tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Lala millimizin və Moskva MOİK-inin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.