Valensiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatında fərdi yarışlarda təsnifat mərhələsi başa çatıb. Sport24.az xəbər verir ki, çoxnövçülükdə Zöhrə Ağamirova 95.250 xalla 12-ci yeri tutaraq rəsmi olaraq Olimpiya lisenziyasının sahibi olub.
Həmçinin Zöhrə avqustun 26-da 18 gimnastın iştirakı ilə keçiriləcək çoxnövçülükdə finala yüksəlib. Gimnastımız lentlə 16-cı, gürzlə 28-ci olub. İlona Zeynalova gürzlərlə 82 gimnast arasında 40-cı, çoxnövçülükdə 51-ci yeri tutub. Dünya çempionatının debütantı, 16 yaşlı Kamilla Qafarova lentlə çıxışda 46-cı olub.