Fevralın 12-13-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək.

Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2022-ci ildə keçiriləcək ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Yarışlar “İdman” TV telekanalı vasitəsilə canlı yayımlanacaq.