Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək.

Sport24.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə keçirəcəyi ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Yarışlar İdman TV telekanalı vasitəsilə CANLI yayımlanacaq. Yarışın proqramı və nəticələrlə federasiyanın rəsmi saytından tanış olmaq mümkündür.