Azərbaycan millisinin iki bədii gimnastı Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində qızıl medal qazanıb.

Sport24.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medala sahib çıxıb.

Kamilla Seyidzadə lentlə qızıl (24.850 xal), halqa ilə (24.000 xal) gümüş medala yiyələnib.

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Alina Məmmədova həmçinin “Miss ekspressiya” titulu ilə də mükafatlandırılıb.