Azərbaycanın bədii gimnastları İlona Zeynalova və Gövhər İbrahimova Macarıstanda keçirilən ənənəvi “Gracia Fair Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.

Sport24.az xəbər verir ki, hər iki idmançı fərdi növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Zeynalova böyüklər, İbrahimova isə gənclər arasında çoxnövçülük proqramında qalib olub.