Azərbaycanın idman gimnastı Nikita Simonov Qətərin paytaxtı Dohada keçirilən dünya kubokunda bürünc medal qazanıb.

Sport24.az xəbər verir ki, Simonov halqa ilə hərəkətlərin icrasında fərqlənib.

İvan Tixonov isə paralel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. O, martın 5-də finalda mübarizə aparacaq.