Avropa Gimnastikasının təqvimində ilin sonuna qədər cəmi bir qitə çempionatı qalıb. Sport24.az xəbər verir ki, ilin sonunda köhnə qitənin aerobika üzrə əsas yarışı Gəncədə keçiriləcək.

 

Noyabrın 14-16-da aerobika üzrə Avropa çempionatı baş tutacaq. Bundan əvvəl ayın 9-11-də isə şəhərdə 15 yaşadək iştirakçılar arasında bu növ üzrə Avropa yaş qrupları yarışları təşkil olunacaq.

 

Qeyd edək ki, Gəncə gimnastika üzrə rəsmi beynəlxalq yarışlara ilk dəfə ev sahibliyi edəcək.