19 yaşadək futzalçılardan ibarət millimiz bu gün Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirəcək. Sport24.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq.

 

San Marinodakı "Multieventi Sport Domus"da baş tutacaq görüş 21:00-da başlayacaq.

 

Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.