Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürüb və azarkeşlərlə mətbuat üçün qapalı olub. 

Milli komanda matça ciddi itki ilə çıxıb. Fineo De Araujo zədə səbəbindən görüşü buraxıb. Rəqibin heyətində isə Pyotr Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.

Bu itkilərə baxmayaraq, yığmamız rəqibini böyük hesabla məğlub edib. Baxmayaraq ki, qələbə qolları son dəqiqələrə təsadüf edib.

Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib - 3:1.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup

29 yanvar

Azərbaycan - Slovakiya 4:1
Qol: Bolinya, 5. Qalo, 38. X.Bağırov, 40. İ.Atayev, 40 - Vassora, 16-avtoqol
Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov
Bakı İdman Sarayı

 

Azərbaycan: 12. Rövşən Hüseynli (GK), 3. Tiago Telles Martins “Bolinha”, 8. Rizvan Fərzəliyev (k), 13. Kardoso Everton “Qalo”, 9. Rafael Vilela, 1. Emin Kürdov (GK), 10. Oliveira Da Nascimento “Vassora”, 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov, 14. Hadi Ahmadi.

Baş məşqçi: Joze Alesio Da Silva
 

Slovakiya: 12. Riçard Oberman (GK), 4. Martin Doşa, 7. Martin Smerçka, 13. Anton Brunovski, 16. Tomaş Drahovski (K), 1. Milan Herko (GK), 2. Marek Karpiak (GK), 10. Marek Belanik, 14. Daniel Çerovski, 17. Marko Hudaçek, 8. Marian Hudek, 11. Matuj Kijovski, 6. Matuş Çevçik, 9. Filip Vaktor.

Baş məşqçi: Marian Berky
 

Qeyd edək ki, yığma qrupdakı ikinci matçında fevralın 2-də Yunanıstanın qonağı olacaq.