Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb.

 

Oyun 3:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Qarşılaşmada hesabı meydan sahibləri açıb. Ardınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini qolla tamamlayıb. Lakin fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şojaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb. 

 

Qeyd edək ki, komandalar arasında növbəti oyun sabah, saat 19:00-da Tbilisi İdman Sarayında keçiriləcək.