Formula-1nin iştirakçısı ''Alfa Romeo''nun pilotu Valtteri Bottas gələcəyə ümidlə baxır. Sport24.az xəbər verir ki, 2019 və 2020-də ''Mersedes''in heyətində vitse dünya çempionu olan finlandiyalı pilot son mövsümü çox zəif keçirir.

Bu mövsümün sonunda ''Zauber'' ''Alfa Romeo'' brendindən ayrılacaq. 2026-da isə ''Alfa Romeo'' artıq ''Audi'' ilə birləşəcək. Bu üzdən hazırda autsayderlər sırasında olan Bottas gələcək ilə bağlı ümidini itirmir: ''Təbii ki, qələbələr üçün darıxmışam. Amma buna layihənin bir parçası kimi baxıram. Hələ ki, başqa şeylərdən həzz alıram. Bu, uzunmüddətli layihədi. Orda iştirak eləmək xoşuma gəlir. Üstəlik, qələbəyə olan ümidimizi də itirmirik. Komandanın gələcəyi parlaq görünür. Hiss olunur ki, konkret plan tərtib olunur. ''Audi'' ilə işbirliyi hələ başlamayıb. Gözləyək görək, qarşıdakı 2 ildə nələr olacaq''.