''Red Bull''un sahibi Kristian Horner ''Mersedes''dəki həmkarı Toto Volf barədə diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir ki, onu  sözlərindən belə başa düşmək olar ki, Volf ilə münasibətləri heç də ideal deyil: ''Düzünü desəm, Totonu öz telefonumda ''qara siyahı''ya salmışam. Amma narahat olmayın, hər şey qaydasındadı. Demək istəyirəm ki, aramızda əsil sağlam rəqabət var. İdmanda rəqabətin olması yaxşı haldı. Onlar vaxtilə çox qələbələr qazanıblar və əla komandaları var. İndi isə bizim zamandı. İşimizi əla görürük və gələcəyə baxırıq. Tək ''Mersedes'' yox, ''Ferrari'', ''Aston Martin'' də bizim üçün yaxşı rəqibdi. Volfun onsuz da öz problemləri kifayət qədərdi. Ona görə də imkan yaradıram ki, öz işlərinə köklənsin. Hamı bir-bir ilə yaxşı anlaşanda bir qədər darıxdırıcı olur. Arada rəqabət və düşmənçilik də olmalıdı. Belə şeylər insanları motivasiyalandırır''.

Xatırladaq ki, bu mövsüm 7 yarışdan sonra ''Red Bull'' konstruktorlar kubokunda 287 xalla inamla liderlik edir. 2-ci pillədəki ''Mersedes''in 152 xalı var.