Bu il Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib. Sport24.az xəbər verir ki, bunu Formula-1-in rəsmi saytı açıqlayıb.

 

Buna səbəb sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.

 

Bildirilib ki, yarış Bakıda sentyabrın 24-26-da baş tutacaq.

 

Qeyd edək ki, daha öncə Qran-pri sentyabrın 25-də start götürüb, ayın 27-də başa çatmalı idi.