"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 53 yaşlı mütəxəssis 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi postunda Didye Deşamı əvəzləmək niyyətindədir.

 

Qeyd edək ki, Didye Deşam bir müddət əvvəl mətbuata açıqlamasında 2026-cı il dünya çempionatının onun millinin "sükanı arxasında" sonuncu turnirinin olacağını bildirmişdi.