"Nitsa"nın vingeri Jeremi Boqa "Yuventus"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 

 

29 yaşlı futbolçu Turin klubuna 2026-cı ilin yayına qədər icarəyə verilib.

 

İnsayder Fabrisio Romanonun sözlərinə görə, müqaviləyə 5 milyon avroluq transfer hüququ da daxildir.

 

Qeyd edək ki, Boqa 2023-cü ildən "Nitsa"da çıxış edir. O, fransa klubunda meydana çıxdığı 73 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi həmçinin "Çelsi", "Sassuolo", "Atalanta", "Birmingem", "Renn" və "Qranada"nın da formasını geyinib.

Boqa Fil Dişi Sahili millisində 21 oyun keçirib (iki qol vurub) və 2023-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.