"Yuventus" "transfer pəncərəsi" bağlanmazdan əvvəl argentinalı hücumçu Mauro İkardini transfer etmək istəyir. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Turin klubu "Qalatasaray"ın futbolçusuna 2027-ci ilə qədər ildə 5 milyon avro maaşla müqavilə təklif edib.
"Yuventus" və "Qalatasaray" arasında artıq transfer şərtləri ilə bağlı danışıqların getdiyi bildirilir.
Qeyd edək ki, 32 yaşlı İkardi bu mövsüm Türkiyə Superliqasında 18 oyunda 9 qol vurub. Hücumçu 2014/15 və 2017/18 mövsümlərində "İnter"in heyətində A Seriyasının bombardiri olub.