"Atalanta"nın nigeriyalı hücumçu Ademola Lukman karyerasını madrid "Atletiko"sunda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, oyunçu tibbi müayinədən keçmək və yeni müqavilə imzalamaq üçün Madridə gəlib.

 

Jurnalist Fabrizio Romanonun sözlərinə əsasən, müqavilənin dəyəri 35 milyon avro, üstəgəl 5 milyon avro bonus məbləğindədir.

 

Qeyd edək ki, 28 yaşlı Lukman 2022-ci ilin yayından "Atalanta"nın formasını geyinir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 137 oyunda meydana çıxıb, 55 qol vurub və 27 məhsuldar ötürmə edib. 2024-cü ildə nigeriyalı oyunçu "Atalanta" ilə Avropa Liqasını qazanıb. Elə həmin il Lukman ən yaxşı Afrikanın ən yaxşı oyunçusu seçilib və "Qızıl top"un səsverməsində 14-cü yeri tutub.