"Liverpul" "Renn"in mərkəz müdafiəçisi Jeremi Jake ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

"Mersesayd" klubu 20 yaşlı futbolçunun keçidi üçün 60 milyon funt sterlinq ödüyəcək. Müqaviləyə əsasən, "qırmızılar" 55 milyon funt sabit məbləğ ödəyəcək. Bundan əlavə anlaşmada 5 milyon funtluq şərti ödəniş maddəsi də yer alacaq. 20 yaşlı futbolçunun Deadline Day-də tibbi müayinədən keçməsi gözlənilir və transferin yayda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Jeremi Jake "Renn"nin yetirməsidir. 20 yaşlı futbolçu bu mövsüm Fransa klubunda 20 oyunda iştirak edib.