"Yuventus"un kapitanı Manuel Lokatelli komandasının Çempionlar Liqasında mübarizəni dayandırması ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı "Football Italia"ya açıqlama verib:
"Düzünü desəm, ağlamaq istəyirəm. Biz həqiqətən inanırdıq. Bu oyuna canımızı və ürəyimizi qoyduq. İlk oyundakı hadisə hər şeyi çətinləşdirdi, amma bu gün hər kəsə ürəkdən təşəkkür etmək istəyirəm. Stadiondakı atmosfer inanılmaz idi. Belə axşamlar unudulmazdır".
Qeyd edək ki, İstanbulda baş tutan ilk oyun "Qalatasaray"ın 5-2 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyununda Turin klubu 3-2 hesablı qalibiyyətə sevinsə də, iki oyunun nəticəsinə görə, Türkiyə klubu növbəti mərhələyə yüksəlib.