"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Real"a qarşı ikinci oyunu (1-2) zamanı "Santyaqo Bernabeu"dakı mətbuat mərkəzinə getməkdən imtina edib. Sport24.az "Record"a istinadən xəbər verir ki, portuqaliyalı məşqçi cəzalı olduğu üçün oyunu klub avtobusundan izləyib. 

 

Mənbənin sözlərinə görə, qarşılaşmadan sonra Mourinyo məğlubiyyətə baxmayaraq azarkeşlərlə söhbət edib, imza verib və onlarla şəkil çəkdirib. "El Chiringuito TV" məşqçinin azarkeşlərlə ünsiyyət qurmaq üçün avtobusdan düşdüyünü əks etdirən videonu yayımlayıb.

 

Qeyd edək ki, cütün qalibi olan "Real" Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb və orada "Mançester Siti" və ya "Sportinq" komandalarından biri ilə qarşılaşacaq.