"Yuventus"un futbolçusu Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" serbiyalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Yuventus" 25 yaşlı hücumçu üçün azı 45 milyon avro tələb edir.
Vlahoviç bu mövsüm 37 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.