"Yuventus"un zədəli hücumçusu Duşan Vlahoviç əməliyyat olunub. Sport24.az xəbər verir ki, serbiyalı futbolçunun Londonda keçirilən əməliyyatı uğurlu olub.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Ağ-qaralar" Vlahoviçin yaşıl meydanlara qayıdacağı tarixi açıqlamayıb. Yerli mətbuat isə 25 yaşlı forvardın təxminən 3-4 ay sonra oynamağa hazır olacağını qeyd edib.

 

Qeyd edək ki, Duşan Vlahoviç bu mövssüm "Yuventus"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.