Albaniya Superliqasında XX turun oyunlar keçirilib. Sport24.az xəbər verir ki, Vüsal İskəndərlinin çıxış etdiyi "Partizani" evdə "Teuta" ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İskəndərli start heyətdə yer alıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda "Partizani" 26 xalla 5-ci pillədə qərarlaşıb.