PSJ-nin sabiq qapıçısı Arnau Tenas "Vilyareal"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Qolkiperlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. İspanlar 24 yaşlı qapıçıya görə, Fransa klubuna 2,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Tenas ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 2 oyun keçirib və 3 qol buraxıb.