"Sabah"la oyuna yaxşı hazırlaşmışdıq. İlk qol bizim üçün gözlənilməz oldu. Ani diqqətsizlikdən erkən qola üzüldük". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rafael Məhərrəmli deyib.
"Şirlər"in kapitanı Misli Premyer Liqasının ikinci turunda "Sabah"a məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb:
"Hər matça maksimum nəticə üçün çıxırıq. Həm "Neftçi", həm də "Sabah"la qarşılamada qalib gəlmək şansımız çox idi. Təəssüf ki, istəyimizə çata bilmədik. Növbəti oyunlara hazırlaşırıq. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır".
Məhərrəmli sabah, Premyer Liqanın III turunda qarşılaşacaqları "Sumqayıt"la oyun haqda da danışıb: "Sabah bizi "Sumqayıt"la çətin oyun gözləyir. Rəqib ilk iki turda çox yaxşı təsir bağışlayıb ki, bu da turnir cədvəlində əksini tapıb. Mövsümə uğurlu start veriblər. Belə komandalara qarşı oynamaq ikiqat motivasiyadır. İnşallah, xeyirlisi nədirsə, o da olsun".
Qeyd edək ki, iki turdan sonra aktivində 1 xal olan "Şamaxı" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.