Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyada keçirilən Novi Sad Qran-prisində qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Kamran 10 metr məsafədən (P1) atəş açmada uğurlu olub.
Azərbaycan təmsilçisi 236.9 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.