"Real"ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin İngiltərə təmsilçisi "Mançester Yunayted"ə keçə bilər. Sport24.az "TodoFichajes"ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Real"ın müqavilə müddətini uzatmaq təklifini qəbul etməyib.

 

Lunin hazırda zədə səbəbindən kollektivdən ayrı düşən Tibo Kurtuanın əvəzləyicisi olmaq istəmir. "Mançester Yunayted" isə ona "Kral klubu"unun təklifindən daha üstün şərtlərlə müqavilə təklif etməyə hazırdır. Həmçinin ona komandanın əsas qapıçısı olacağı vəd ediləcək.

 

Qeyd edək ki, Lunin Madrid təmsilçisinin heyətində cari mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 matçda 25 qol buraxıb.