"Şaxtyor" rəhbərliyi Arda Turanla danışıqların aparılması barədə məlumatı təkzib edib. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın tribuna.com portalı məlumat yayıb.

 

Donetsk klubunun rəhbərliyi hazırda komandanın mayın 14-də Jitomirdə keçiriləcək Ukrayna kubokunun finalına hazırlaşdığını vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl türkiyəli jurnalist, "Sport Digital"ın əməkdaşı Yağız Sabuncuoğlu "Şaxtyor"un nümayəndələrinin Londonda "Eyüpsor"un baş məşqçisinin agntləri ilə görüşdüyünü və razılaşmanın yekunlaşmaq üzrə olduğunu bildirmişdi.