ABŞ Prezidenti Donald Tramp, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanadanın Baş naziri Mark Karni bu gün Vaşinqtonda keçiriləcək DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcəklərini təsdiqləyiblər.

 

Tədbir paytaxtdakı  Con Kennedi adına İfa Sənətləri Mərkəzində keçiriləcək.

 

Qeyd edək ki, gələn il ABŞ, Kanada və meksikada təşkil olunacaq mundialda qırx səkkiz komanda iştirak edəcək. Püşkatmada dörd komandadan ibarət 12 qrup müəyyən ediləcək.