“FourFourTwo” portalı 2000-ci illərin ən yaxşı hücumçularının siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, “Arsenal”ın və Fransa millisinin sabiq hücumçusu Tyeri Anri ilk pillədə qərarlaşıb.

2-ci yerdə braziliyalı Ronaldo, 3-cü pillədə isə Ueyn Runidir. Siyahıda 31-ci yeri “İnter Mayami”nin hücumçusu Lionel Messi tutub.

"FourFourTwo" görə 2000-ci illərin ən yaxşı 10 hücumçusu: 1. Tyeri Anri (Fransa), 2. Ronaldo (Braziliya), 3. Ueyn Runi (İngiltərə), 4. Zlatan İbrahimoviç (İsveç), 5. Samuel Eto'O (Kamerun), 6. Andrey Şevçenko (Ukrayna), 7. Didye Droqba (Fil Dişi Sahili), 8. David Trezeqe (Fransa), 9. Raul (İspaniya), 10. Ruud van Nistelroy (Niderland).