"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"ə qalib gəldikləri matç (3:2) haqqında danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis Türkiyə futbolu adına vacib qələbə qazandıqlarını vurğulayıb: 

 

"Futbolçularımla, "Qalatasaray" azarkeşləri ilə fəxr edirəm. Birlikdə rəqibə təzyiq göstərdik. Bu, Türkiyə futbolu tarixində bir komandanın İngiltərə klubuna qarşı göstərdiyi ən böyük təzyiq idi. İkinci hissədə 7-8 qol vura bilərdik. Yorğunluğumuz oldu. Mauro İkardi zədələndi. 4-cü qolu da vurmalı idik. Biz Türkiyə Superliqasının səviyyəsini göstərdik. Türkiyə futbolu çox vacib bir dəyərdir. Düşünürəm ki, "Tottenhem"lə oyun mənim "Qalatasaray"la keçirdiyim ən yaxşı matç idi".

 

Qeyd edək ki, "Qalatasaray" hazırda Avropa Liqasının turnir cədvəlində 10 xalla 3-cüdür.