Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi təklif olunur. Sport24.az-ın məlumatına görə, bu barədə yerli jurnalist Gökman Özcan təklif irəli sürüb.
O, turnirin təşkil oluna biləcək ölkələrin adlarını açıqlayıb:
"Superkubok matçları ölkə xaricində keçiriləcəksə, soydaşlarımızın olduğu ölkələrdə olmalıdır. Şərq ölkələrində dayanmamalıdırlar. Almaniyada, Azərbaycanda, Qırğızıstanda və ya Türkmənistanda da ola bilər".
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 19:45-də Türkiyə Superkubokunun finalında "Fənərbağça" və "Qalatasaray" üz-üzə gələcək.